reklam
» » Azərbaycanda deputat oğlu iki dairədən namizədliyini irəli sürüb

reklam

Azərbaycanda deputat oğlu iki dairədən namizədliyini irəli sürüb


Azərbaycanda daha bir millət vəkilinin övladı deputatlığa namizədliyi ilə gündəmə gəlib.
 Bu deputat Mirkazım Kazımovun oğlu Səid Kazımovdur.

Deputat oğlunu gündəmə gətirən eyni vaxtda iki seçki dairəsindən namizədliyini irəli sürməsidir. O, həm 67 saylı Cəlilabad şəhər seçki dairəsi, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin sonradan 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə namizəd olmaqdan öz istəyi ilə imtina edib.

Hazırda o 69 saylı dairədən namizədliyə iddialı olaraq qalır. Belə ki, S. Kazımov tələb olunan imzaları toplayaraq DSK-ya təqdim edib. Hələlik namizədliyi qeydə alınmayıb.


Paylaş:


Müəllif : Tarix:
13-01-2020, 08:37
  


loading...
Загрузка...