reklam
» » Husilər Səudiyyə Ərəbistanının Nacran aeroportuna hücum edib

reklam

Husilər Səudiyyə Ərəbistanının Nacran aeroportuna hücum edib


Yəməndə qiyamçı husilər pilotsuz aparatlarla Səudiyyə Ərəbistanının Nacran aeroportuna hücum ediblər.

APA-nın xəbərinə görə, bu barədə “Al-Masira” telekanalı məlumat yayıb.

Yəmənlə sərhəddə yerləşən Nacran aeroportu 4 il bağlı qalıb, bu ilin mayında açılıb. Aeroportun bağlanmasına səbəb Yəməndəki müharibə olub.

Husilər son hücum zamanı aeroporta 2 pilotsuz aparatla hücum etdiklərini, dispetçer məntəqəsini, pilotsuz aparatlar üçün anqarları və digər hərbi obyektləri məhv etdiklərini bəyan ediblər. Eyni zamanda hücumdan sonra aeroportla aviaəlaqənin dayandığını iddia ediblər.

Səudiyyə Ərəbistanı hələ məsələyə münasibət bildirməyib.


Paylaş:


Müəllif : Tarix:
28-07-2019, 15:44
  


loading...
Загрузка...