reklam
Regionxeberleri.com » Dünya » Kipr ölkəyə giriş qaydalarını dəyişir

reklam

Kipr ölkəyə giriş qaydalarını dəyişir
















Martın 1-dən etibarən COVID-19 peyvəndi vurduran və ya xəstəlikdən sağalan turistlərinin Kiprə daxil olmaq üçün PCR testindən keçməsinə ehtiyac qalmayacaq.

Bu qərarı ölkə hökuməti verib.

Bundan başqa, ölkəyə gəlmək üçün peyvənd sertifikatlarının qüvvədə olma müddəti yeddi aydan doqquz aya uzadılır.

Koronavirusa qarşı peyvəndlərin vurulmasından doqquz aydan çox vaxt keçibsə, turist gücləndirici doza vurdurmalı və ya PCR testindən keçməlidir.

Kipr peyvənd kursu bitdikdən sonra məcburi fasilə (məsələn, 14 gün) tələb etmir.

Martın 1-dən sonra peyvənd olunmayan turistlər ölkəyə daxil olmaq üçün hələ də uçuşdan azı 72 saat əvvəl verilən PCR testi təqdim etməlidirlər. Səyahətçilər ölkəyə daxil olandan sonra başqa bir ödənişli testdən də keçməlidirlər.

Mənbə: İzvestiya




Paylaş:


Müəllif : Tarix:
22-01-2022, 09:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər