reklam
Regionxeberleri.com » Dünya » İrəvanda növbəti qalmaqal: - Mühüm döyüş sənədləri saxtalaşdırılıb

reklam

İrəvanda növbəti qalmaqal: - Mühüm döyüş sənədləri saxtalaşdırılıb
















Ermənistanda növbəti hərbi qalmaqal yaşanıb. Baş Prokurorluq keçmiş qondarma rejim "Dağlıq Qarabağ"ın müdafiə ordusunun rəhbəri olmuş Samvel Babayanın hərbi cinayətlərə dair açıqlamalarını araşdırmağa başlayıb.

Babayanın “Hraparak” nəşrinə müsahibəsində bir sıra qalmaqallı açıqlamalar verməsi aidiyyəti dövlət qurumunun diqqətini çəkib. AzVision.az xəbər verir ki, baş prokurorun müşaviri Qor Abramyan yerli mediada yayılan informasiyanı təsdiqləyib.

Bildirilir ki, söhbət Babayanın 44 günlük müharibə ilə bağlı Qarabağda sənədlərin və sərəncamların saxtalaşdırılmasına dair səsləndirdiyi fikirlərdən gedir. Abrahamyanın sözlərinə görə, eks-"nazir"in ifadələri yoxlanılması üçün istintaq orqanına göndəriləcək.

Babayan sözügedən müsahibəsində xüsusilə qeyd edib ki, təkcə "Qarabağ"ın deyil, Ermənistanın da ordu rəhbərliyi sənədləri saxtalaşdırıb və proses hazırda davam edir . Bununla da müəyyən rəhbər şəxslər bəzi izləri ört-basdır etməyə və müharibədəki uğursuzluqlara görə məsuliyyətdən yayınmağa çalışırlar. Sənədlər və sərəncamlar mobil rezervlərdən istifadə, müharibə zamanı işğal olunmuş mövqelərdən geri çəkilmə və 44 günlük müharibənin bir çox digər aspektlərinə aiddir.

Babayan eyni zamanda məqsədyönlü ittihamlar səsləndirərək qeyd edib ki, 5 keçmiş və indiki hərbi məmur həbsdə yatmalıdır. O bunu əsaslandırıb da. Babayan xüsusən də keçmiş müdafiə naziri Seyran Ohanyan, baş qərargahın sabiq rəisləri Yuri Xaçaturov, Movses Akopyan, Onik Qasparyan, həmçinin hazırkı rəhbər Artak Davtyanın adlarını çəkib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın Baş Prokurorluğu məşhur bloger Roman Baqdasaryan sensasiyalı bəyanatına görə də araşdırmalara başlamışdı. Baqdasaryan videoçıxışında demişdi ki, 44 günlük müharibə zamanı Dağlıq Qarabağ(Keçmiş qondarma rejim-red) "müdafiə ordusu"nun zabit və generalları qətllər törədiblər. Ordu rəhbərliyi elə əmrlər verib ki, bunun nəticəsində yüzlərlə, hətta minlərlə əsgər həlak olub. O cümlədən, təkcə Suqovuşan istiqamətində, cinayətkar əmrlər nəticəsində 250 hərbçi ölüb. Onların ölümündə isə yüksək rütbəli hərbçilər günahkardır. Prokurorluq bəyan edib ki, Baqdasaryan bu videoçıxışında cinayətlə bağlı məlumat verib. Buna əsasən materialın sonrakı müzakirəsi üçün videonun Milli Təhlükəsizlik Xidmətinə təqdim edilməsi qərara alınıb.




Paylaş:


Müəllif : Tarix:
3-12-2021, 16:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər