reklam
» » Deputat azərbaycanlının taksisində ölüb - Qadın alveriylə məşğul olurmuş

reklam

Deputat azərbaycanlının taksisində ölüb - Qadın alveriylə məşğul olurmuş



Ukrayna parlamentinin 34 yaşlı deputatı Anton Polyakov azərbaycanlı Elmir Mirzəyevin idarə etdiyi taksidə vəfat edib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Polyakov oktyabrın 8-də gecə saatlarında Kiyevdə yol hərəkəti qaydalarını pozduğuna görə, polis tərəfindən saxlanılan taksidə huşunu itirmiş vəziyyətdə tapılıb.
Məlumata görə, siyasətçi avtomobildə özünü pis hiss edib, bundan sonra qıcolmalar başlayıb. Təcili yardımın olay yerinə gəlməsinə baxmayaraq, deputatın həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, Polyakovun ölüm səbəbi kəskin koronar çatışmazlıq və işemyiadır. Amma Polyakovun boyun nahiyəsində sıyrıqların olduğu da üzə çıxıb.
Ukrayna KİV adıgedən taksi sürücüsü barədə də maraqlı məqamdan bəhs edib. Məlum olub ki, Elmir Mirzəyev 2017-ci ildə məhkum edilib. O, qadın alverində günahkar bilinib.


Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 09:34
  


loading...
Загрузка...