reklam
» » Rusiyada təyyarə radardan itdi

reklam

Rusiyada təyyarə radardan itdi



An-26 təyyarəsi Xabarovsk yaxınlığında radardan itib.

“İnterfaks” bu barədə hava nəqliyyatına nəzarət xidmətindəki mənbəyə istinadən xəbər verir.

Təyyarənin Xabarovskdan 40 kilometr aralıda texniki uçuş həyata keçirdiyi, lakin birdən-birə əlaqəni kəsdiyi məlum olub.

İlkin məlumatlara görə, göyərtədə altı nəfərdən ibarət heyət var.

Təyyarənin axtarışına Mi-8 helikopteri cəlb olunub.

An-26-nın radardan itməsinə pis hava şəraitinin səbəb olduğu bildirilir.



Paylaş:


Müəllif : Tarix:
22-09-2021, 15:19
  


loading...
Загрузка...