reklam
» » Rusiya BMT-nin vaksin sənədi qərarına etiraz etdi

reklam

Rusiya BMT-nin vaksin sənədi qərarına etiraz etdi



Xəbər verdiyimiz kimi, BMT sentyabrın 21-də Nyu-Yorkda başlayacaq 76-cı Baş Assambleya iclaslarına qatılacaq lider və nümayəndələrdən vaksin vurdurduqlarına dair sübut göstərmələrini istəyəcək.

Rusiya sözügedən qərara etiraz edən ilk ölkə olub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bu addımın məyusluq yaratdığını və vaksinasiyaya dair sənəd göstərməsələr, Baş Assambleyanın salonuna girişə mane olunmasının BMT şərtini pozduğunu bildirib.

Dünya liderlərindən vaksin sənədi tələb edildi

O qeyd edib ki, təkcə vaksin olunanların qəbul edilməsinə etiraz edirlər.

Nebenzia bu addımın ayrı-seçkilik olduğunu əlavə edib və buna etiraz üçün sentyabrın 16-da toplanmağa çağırıb.


Paylaş:


Müəllif : Tarix:
16-09-2021, 09:07
  


loading...
Загрузка...