reklam
» » Marketdə ayağı sürüşən müştəriyə milyonlar ödəniləcək - REKORD TƏZMİNAT

reklam

Marketdə ayağı sürüşən müştəriyə milyonlar ödəniləcək - REKORD TƏZMİNAT


Yaponiyada bir supermarket ərzaq bölməsində alış-veriş edərkən sürüşərək yıxılan müştəriyə 21 milyon yen (190.000 dollar) təzminat ödəyəcək.

Regionxeberleri.com xarici mətbuata istinadən məlumat verir ki, Tokionun cənub-şərqindəki Kanaqava ştatında bir supermarketin meyvə və tərəvəz bölməsində kahı alan müştəri sürüşərək yıxılıb. Hadisə nəticəsində yaralanan 60 yaşlı kişi, marketdə yerin yaş olduğu üçün sürüşdüyünü iddia edərək supermarketdən təzminat tələb edib.

Tokio Məhkəməsi hadisədən sonra açılan və 5 il davam edən işin son iclasında qərarını açıqlayıb. Hakimlər Şurasının sədri Yukio Şinada, maruldan damlayan suyun zəmini nəmləndirdiyini və supermarket rəhbərliyinin bu vəziyyətdən xəbərdar olduğunu, lakin lazımi tədbirləri görmədiyini səbəb göstərərək, supermarketi müştərisinə 21 milyon yen (190.000 dollar) təzminat ödəməyə məhkum edib.



Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 12:38
  


loading...
Загрузка...