reklam
» » “Delta” ştammına qarşı yeni vaksinə ehtiyac ola bilər

reklam

“Delta” ştammına qarşı yeni vaksinə ehtiyac ola bilər



Koronavirusun “Delta” ştammının yayılmasına qarşı mübarizə aparmaq üçün yeni vaksinlərə ehtiyac ola bilər.

Bu haqda məlumatı “Bloomberg” agentliyi yayıb.

Qeyd olunur ki, britaniyalı alimlərin həyata keçirdiyi araşdırmaya əsasən, vaksinlərin yoluxma hallarına qarşı effektivliyi 49, simptomların inkişaf etməsinə qarşı isə 50%-ə enib.

Ekspertlər bu səbəbdən qeyd edir ki, virusun mutasiyaya uğraması hazırki mövcud vaksinlərin effektivliyini azaltdığından bu cür göstəricilər koronavirusun “Delta” ştammına qarşı ayrıca vaksinin yaradılmasına əsas verir.

Araşdırmada təqribən 98 min nəfərin iştirak etdiyi qeyd olunub.

Qeyd edək ki, COVİD-19-un “Delta” ştammı ilk dəfə Hindistanda aşkar olunub. Koronavirusun bu ştammı qısa inkubasiya dövrü və insan orqnizminə yüksək təzyiqi ilə seçilir.


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 12:37
  


loading...
Загрузка...