reklam
» » Putin orduya əmr verdi - Tanklar, qırıcılar sərhədə irəliləyir

reklam

Putin orduya əmr verdi - Tanklar, qırıcılar sərhədə irəliləyir


Rusiya Əfqanıstanla sərhədə böyük hərbi qüvvə göndərir.

Məqsəd hərbi təlimlər keçirməkdir. Bildirilir ki, avqustun 5-də başlayacaq hərbi təlimlərdə Əfqanıstanla qonşu olan Özbəkistanın və Tacikistanın hərbi qüvvələri də iştirak edəcək. Hərbi təlimlərin bəzi məşqləri Özbəkistanda keçiriləcək. Rusiyanın xaricdəki ən böyük hərbi bazası Tacikistandakı “201” nömrəli bazasında olan zirehli texnikalar da hərbi təlimlərə cəlb edilir. Artıq onlarla tank yola çıxıb. Prezident Vladimir Putinin açıqlamasına görə, təlimlərə Su-25 qırıcıları da cəlb ediləcək.
Qeyd edək ki, Taliban sərhəd bölgələrinin əksəriyyətini ələ keçirib. Təlimlərin məqsədi ordunun döyüş hazırlığını yüksəltmək Əfqanıstandan gələ biləcək təhlükəni zərərsizləşdirməkdir.


Paylaş:


Müəllif : Tarix:
23-07-2021, 22:20
  


loading...
Загрузка...