reklam
» » Avropa Birliyində dilemma: - mühafizəkar prinsiplər yenilikçi tələblərlə üz-üzə

reklam

Avropa Birliyində dilemma: - mühafizəkar prinsiplər yenilikçi tələblərlə üz-üzə



Tanınmış Polşalı siyasətçi və Avropa Birliyinin (AB) keçmiş lideri Donald Task AB-nin acı sondan qaça bilməyəcəyini düşünür. “Üzv ölkələr Brüssellə birbaşa qarşıdurmada olan Polşa və Macarıstandan nümunə götürsə, Birlik dağılacaq”, - deyə o, “TVN24”-ə müsahibəsində söylədi.

Siyasətçinin sözlərinə görə, bu ölkələr Brüsselin məhkəmə müstəqilliyi və media azadlığı ilə əlaqədar mövqeyi ilə razılaşmır: “Avropa Birliyinə zərər vurmaqda israr edən daha çox ölkə ortaya çıxsa, bu, sadəcə təşkilatın sonu demək ola bilər”.

Task bu prosesin sürətli olmayacağını, illərin lazım olacağını qeyd etdi. Buna baxmayaraq, o, AB-nin sonunun gələcəyinə əmindir.

Siyasətçi Devid Kemeronla (ölkənin Avropa Birliyindən çıxması ilə bağlı referendumun keçirildiyi Britaniyanın keçmiş Baş naziri) ilə söhbətini xatırlatdı: “O, mənə dedi ki, “narahat olma, biz AB-dən çıxmayacağıq”. Və birdən, cəmi altı ay sonra hökumətin gözləmədiyi bir şey oldu”.

Taskın dəlilləri ilə razılaşmaq olarmı? Önümüzdəki illərdə AB-nin bütövlüyü üçün təhdid nə qədər ciddi hesab edilə bilər? Bəlkə də bu dağılma onun göstərdiyi səbəblərdən deyil, başqa səbəblərdən olacaq?

AYNA-nın suallarını tanınmış avropalı ekspertlər cavablandırıblar.

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, sərbəst jurnalist Aleks Qriqoriyevs:

“Donald Taskın fikri nəzərə alınmalıdır, çünki o, real təhlükəni göstərir. Polşa və Macarıstan səlahiyyətliləri tərəfindən həyata keçirilən ortaq Avropa dəyərlərinin pozulması heç kimə zarafat gəlməsin. Eyni zamanda, Avropanın tənəzzülü ilə əlaqədar həm Avropanın özündə, həm də Rusiyada o qədər proqnozlar verildi ki, onları skeptisizimsiz qavramaq olmur.

“Brexit”dən əvvəl Donald Task, ingilislərin AB-dən çıxmasına səs verərsə, Qərb sivilizasiyasının birliyinin sona çatacağını proqnozlaşdırırdı. “Brexit”i hələ də faciəli bir səhv hesab edirəm. Qərb sivilizasiyasının birliyi, demokratiya kimi, AB-nin birliyi kimi, birdəfəlik verilmir - gündəlik səylər tələb olunur. Səhvlər və qarışıqlıq var. AB-nin tarixini - Nüvə Enerji Cəmiyyətindən, Kömür və Polad İstehsalçıları Birliyindən Avropa İqtisadi Birliyinə, Avropa Cəmiyyətinin birliyindən tutmuş Avropa Birliyinə qədər olanları xatırlamaq kifayətdir. Ancaq bu gün də Avropa Birliyi bütün dünyaya nümunə göstərir, amma Rusiya nəsə bir şey göstərirsə, bu da üç barmağın həndəsi fiqurudur.

Bir daha Taskın xəbərdarlıqlarının müsbət tərəfi AB-dəki həqiqi xətalar və onları aradan qaldırmaq üçün mümkün yollar barədə danışmağa dəvətdir. Ancaq onun dediklərini bir hökm kimi qəbul etmək lazım deyil”.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“AB dağılmayacaq. Bu təşkilatın 27 üzv dövləti var və zaman-zaman fərqli üzvlər arasında və ayrı-ayrı üzvlər ilə AB-nin mərkəzi qurumları arasında hər cür problemin ortaya çıxması təəccüblü deyil.

Bu gün Polşa və Macarıstan hökumətləri Avropa Birliyi tərəfindən insan haqlarına hörmət göstərməməsi, söz azadlığını məhdudlaşdırması və məhkəmələrin müstəqilliyinə təcavüz etməsinə görə tənqid olunur. Avropa Birliyi artıq iqtisadi təsir vasitələrindən istifadə etməyə qərar verdi, yəni üzvlərə ödənişlər demokratik prinsiplərə necə əməl etdiklərindən asılı olacaq. Düşünürəm ki, belə bir mexanizm işləyəcək və zaman keçdikcə istənilən nəticəni verəcək.

Polşa və Macarıstan və digər potensial “üsyançıların” Avropa Birliyindən çıxmağın öz mənafelərinə uyğun olduğunu düşünmələrinə inanmıram. Belə bir addım əhəmiyyətli iqtisadi və siyasi itkilərlə əlaqələndiriləcək. Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi faktı var, ancaq bu, xüsusi bir hal idi və ingilislərin həyatının Avropa Birliyindən kənarda daha yaxşı və əyləncəli olub-olmayacağını hələ heç kim bilmir”.


Paylaş:


Müəllif : Tarix:
22-07-2021, 17:15
  


loading...
Загрузка...