reklam
» » İranda 2 namizəd seçkidən vaz keçdi

reklam

İranda 2 namizəd seçkidən vaz keçdi


Seçki ərəfəsində İranda 2 şəxs namizədlikdən imtina edib.

 IRNA xəbər verir ki, islahatçı siyasi cinahın təmsilçisi Möhsün Mehrəlizadə Daxili İşlər Nazirliyinə yazdığı məktubla prezidentliyə namizədlikdən boyun qaçırdığını bildirib.

Digər bir namizəd mühafizəkar cinahın təmsilçisi Əlirza Zakanidir.

“Cənab Rəisiyə verilən böyük şansı nəzərə alaraq, bunu ədalətli hesab edirəm. Özüm də ona səs verəcəyəm. Ümid edirəm ki, prezident seçilməsi ilə ölkədə əsaslı islahatlar aparılacaqdır”, – deyə Zakani imtina səbəbini açıqlayıb.

Xatırladaq ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.


Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 14:11
  


loading...
Загрузка...