reklam
» » İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 30 nəfər şəhid olub - 10-u uşaqdır

reklam

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 30 nəfər şəhid olub - 10-u uşaqdır


İsrailin Qəzza sektoruna terrorçu hava zərbələri nəticəsində şəhid olanların sayı 30 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.

O, qeyd edib ki, şəhid olanlardan 10-u uşaqdır. Zərbələr nəticəsində həmçinin daha 203 nəfər xəsarət alıb.

"İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”, - əl-Kidr bildirib.

Bazar etəsi axşam Qəzza sektorunda son illər ərzində ən böyük eskalasiya başlayıb. Bu günlər ərzində Qəzzadan İsrailə 600-dən çox raket buraxılıb.


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 08:30
  


loading...
Загрузка...