reklam
» » Lukaşenko və övladlarına qarşı sui-qəsd hazırlayanlar saxlanıldı

reklam

Lukaşenko və övladlarına qarşı sui-qəsd hazırlayanlar saxlanıldı

Belarus Prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsd hazırlayan qrup üzvlərinin yaxalandığını bildirib.

Dövlət başçısının sözlərini “BelTA” agentliyi öz teleqram kanalında yayımlayıb.

“Biz qrupu yaxaladıq, onlar göstərdilər ki, bunların hamısın necə planlaşdırırdılar. Sonra biz açıq-aydın xarici xüsusi xidmət orqanlarının işini aşkar etdik. Sonra biz xarici xüsusi xidmət orqanlarının işini aşkarladıq. Çox güman ki, Mərkəzi Kəşfiyyat İdarəsinin, FTB-nin, bilmirəm, orada amerikalılardan kim işləyib”, - Lukaşenko deyib.

“Biz onların Minskə gəlmək və Prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik”, – deyə Prezident əlavə edib.

Onun sözlərinə görə, bu qrupa Rusiyada saxlanılan vəkil Zenkoviç və politoloq Feduta daxildir.

Lukaşenko hesab edir ki, ona sui-qəsdin təşkilinə sanksiya ABŞ-ın ali siyasi rəhbərliyi tərəfindən verilib. Belarus Prezidenti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə söhbətində ABŞ xüsusi xidmət orqanlarının ona sui-qəsd hazırlaması məsələsinə toxunub./


Paylaş:


Müəllif : Tarix:
17-04-2021, 23:27
  


loading...
Загрузка...