reklam
» » Almaniyada koronavirusun Cənubi Afrika ştammı - İLK DƏFƏ

reklam

Almaniyada koronavirusun Cənubi Afrika ştammı - İLK DƏFƏ


Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürttemberq federal əyalətində ilk dəfə olaraq koronavirusun Cənubi Afrikada mutasiya etmiş ştammı - “B.1.351” aşkar edilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Siyasət və Torpaq İnteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusun sözügedən növünə yoluxanlar ötən il dekabrın 13-də Cənubi Afrikadan ölkəyə gəliblər.

Ölkəyə daxil olan 3 ailənin bütün üzvləri karantinə alındıqdan 5 gün sonra onların hamısı testdən keçirilib, lakin cavablar mənfi olub.

Bir neçə gündən sonra ailə üzvlərindən 6 nəfərində yeni virusun yüngül simptomları qeydə alınıb.

Onlar təkrar təkrar müayinədən keçirildikdə Cənubi Afrikada ştammına yoluxduqları təsdiqlənib.


Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 08:50
  


loading...
Загрузка...