reklam
» » Maradonanın nəşi ilə fotosuna görə işdən qovuldu

reklam

Maradonanın nəşi ilə fotosuna görə işdən qovuldu

Argentinanın əfsanəvi futbolçusu və məşqçisi Dieqo Maradonanın dəfn mərasimi qalmaqalsız ötüşməyib. Belə ki, vida zamanı cənazə evinin əməkdaşı işdən qovulub.

Buna səbəb sözügedən şəxsin Maradonanın cəsədi ilə selfi çəkdirməsi olub.

O, nəşi hazırlayarkən “əla” işarəsi göstərərək lentə aldığı fotonu sosial mediada yayıb. Pərəstişkarların qəzəbinə səbəb olan foto silinib, həmin işçi vəzifəsindən azad olunub.

Mövzu barədə Maradonanın vəkili Matias Morla açıqlama yayaraq hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.





Paylaş:


Müəllif : Tarix:
27-11-2020, 16:23
  


loading...
Загрузка...