Türkiyədə şəhid anası Azərbaycana dəstək məktubu yazdı, çatdırmaq üçün 140 kilometr yol getdi

Türkiyənin Kastamonu vilayətində şəhid valideyinləri Azərbaycana yazdıqları dəstək məktubunu yola salmaq üçün 140 kilometr yol qət ediblər. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Hərb Veteranları, Şəhid, Dul və Yetimləri Dərnəyinin Kastamonu vilayət şöbəsi bu günlərdə Qarabağda ordumuzun apardığı savaşa mənəvi dəstək üçün “Can Azərbaycana bir məktubum var” adlı ictimai kampaniya başladıb. Bu kampaniya çərçivəsində ilk məktubu (əlyazması ilə) yazan isə şəhid atası və anası olub.
Bingöl vilayətində PKK-ya qarşı döyüşlər zamanı 2018-ci ildə şəhid olan sıravi əsgər Şevki Eren Yatkının atası Ahmet və anası Zehra Yatkın bu kampaniya çərçivəsində Azərbaycana dəstək məktubu yazmaq istəyib. Yazdıqları məktubla Kastamonu vilayətinin Cide rayonunun Çayyaka kəndindən yola çıxan şəhid valideyinləri Kastamonu şəhərinə gediblər. Orada onlar məktubu Dərnəyin Kastamonu şöbəsinin rəhbəri Berat Satıoğluna təqdim ediblər.
Şəhid anası Zehra Yatkın “Anadolu” agentliyinin müxbirinə oğlunun Bingöldə vətənə, millətə xidmət edərkən şəhid olduğunu deyib. Bildirib ki, “Can Azərbaycana bir məktubum var” kampaniyasını eşidəndə onlar da məktub yazmaq istəyiblər. “Can Azərbaycana dəstək vermək üçün yollara düşdük, 140 kilometr uzaqdan gəldik”,-o deyib.
Azərbaycanın öz torpaqlarını geri almaq üçün savaşa girdiyini vurğulayan Yatkın bildirib: “Onların hamısı bizim övladlarımızdır. Vətəni, milləti üçün döyüşürlər, alınlarının təriylə torpaqlarını geri alırlar. Allah dövlətimizə, millətimizə zaval verməsin. Türkün Türk-dən başqa dostu yoxdur. Bunu gözlərimizlə görürük”.
Şəhid atası Ahmet Yatkın da vətən üçün oğlunu qurban verdiyini vurğulayıb. “Azərbaycandakı qardaşlarımıza mənəvi dəstək məqsədi ilə məktub yazmaq istədim. Bir şəhid atası olaraq duyğularım daha fərqlidir. İçimdən gələrək yazdım”,-o deyib.
Dərnək başqanı Satıoğlu isə deyib ki, onların başlatdıqları kampaniyaya Türkiyənin bir çox yerlərindən dəstək gəlir. Lakin e.mail və telefonlarla göndərilən məktublar istisna olmaqla yazılı olaraq ilk məktub Yatkın ailəsindən gəlib.
“Bütün məktublar bizim üçün qiymətlidir. Amma şəhid ailələrimizin yazdığı məktublar daha qiymətlidir. Kastamonunun ən son şəhidlərindən olan Şevki Eren Yatkının ana və atasınım Cidenin Çayyaka kəndindən durub bu kampaniyaya dəstək üçün bura gəlməsi bizləri həddən artıq duyğulandırdı. Şəhid ailələri Azərbaycan ordusunun verdiyi vətən, bayraq və azan mübarizəsini ən yaxşı anlayan insanlardır. Bu məktubları kitab halına salmaq istəyirik. Hazırlayacağımız kitabı gələcək nəsillərə çatdırmaq niyyətindəyik”,-dərnək rəhbəri bildirib.
Kampaniyaya qoşulmaq istəyənlər məktublarını dekabrın 15-nə qədər Dərnəyin Kastamanu şöbəsinə çatdırmalıdır. Satıoğlu deyir ki, məktublar daha sonra Azərbaycanın Türkiyədəki səfirliyinə təqdim ediləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2020, 16:08
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2020, 16:08
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:02
Bu gün, 10:39
Bu gün, 10:35
Dünən, 14:17
Dünən, 09:05
22-01-2021, 18:40
22-01-2021, 17:34
22-01-2021, 16:26

RUSİYADA ETİRAZLARIN PƏRDƏARXASI - Navalnı faktoru və Qərbin təzyiqlərindən daha fundamental səbəblər var...

“2021 PUTİN ÜÇÜN MÜRƏKKƏB İL OLACAQ...” – “Artıq rusiyalılara təklif edəcək bir şeyi yoxdur”

Gorus yolunda Azərbaycan ordusunun hərbi konvoyunu erməni polisi müşayiət edir - Reportaj

"MOSKVAYA HEÇ VAXT İNANMAQ, ETİBAR ETMƏK OLMAZ" - "Rus ordusunu ermənilərin xilası missiyasıyla göndəriblər"

“ONLARIN SOYADI “YAN”LA BİTSƏ DƏ...” – Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu?

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

"XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"