reklam
» » "Daşnaksütyun" partiyasının üzvü etiraf etdi: - “Bu günlərdə çətin vəziyyətdəyik"

reklam

"Daşnaksütyun" partiyasının üzvü etiraf etdi: - “Bu günlərdə çətin vəziyyətdəyik"


“Daşnaksütyun” Erməni İnqilab Federasiyası üçün “sülh əvəzinə ərazi” formulu qəbuledilməzdir.

Bu haqda məlumatı erməni mediası yayıb.

“Dağlıq Qarabağın (işğal edilən Azərbaycan torpağı) müstəqilliyini tanımadan münaqişə həllinin istənilən variantı “Daşnaksütyun” üçün qəbuledilməzdir”. Partiyanın rəsmisi İşxan Saqatelyan belə deyib.

O, ermənilərin bu müharibədə qalib gəlməmək haqqının olmadığını vurğulayıb.

“Biz nəsillərimiz üçün cavabdehik. Bu müharibədə ağır itkilər verdik. Biz qazanmalıyıq. Bu, ölkəmizin varlığı məsələsidir. Bu dövrdə, bu günlərdə çətin vəziyyətdəyik, ancaq bunun öhdəsindən gəlməliyik. Tariximiz boyunca daha çətin günlər yaşamışıq, amma birlikdə hər şeyi aşdıq. Bu, bizim yolumuzdur. Cəbhədəki vəziyyətdə dönüş nöqtəsi yaratmalı və qələbəyə getməliyik. Sadəcə başqa seçimimiz yoxdur “. İşxan Saqatelyan yekunlaşdırıb.

Haşiyə: Azərbaycan və Türkiyəyə düşmən kəsilən bu partiya funksionerinin dediklərini olduğu kimi verməkdə məqsədimiz uduzmaqlarını öz dillərindən eşitməkdir. Cəhbədə dönüş yaratmaq düşüncələriniz isə erməni nağılı kimi qalacaq. Azərbaycan Ordusu Şuşa və Xankəndinə üç rəngli bayrağımızı sancmayanadək dayanmayacaq və sülh o zaman imzalanacaq.


Paylaş:


Müəllif : Tarix:
20-10-2020, 12:51
  


loading...
Загрузка...