reklam
» » “An-26”da sağ qalan kursantın atası da üç dəfə təyyarə qəzasından xilas olub

reklam

“An-26”da sağ qalan kursantın atası da üç dəfə təyyarə qəzasından xilas olub


Ukraynanın Xarkov bölgəsində “An-26” təyyarəsi qəzasından xilas olan yeganə şəxs - kursant Vyaçeslav Zoloçevskinin atası aviasiya sahəsində işləyir və özü üç qəzada sağ qalıb.

Bu barədə “Seqodnya” xəbər yayıb.

“Oğlumun sağ qalması onun atasının oğlu olduğu anlamına gəlir”, - deyə Vitali Zoloçevski bildirib.

“Hamı onun təyyarədən atıldığını söyləyir, ancaq bu, doğru deyil. O, çölə düşüb. Dostunu xilas etməyə çalışdığını da bilirəm”, - deyə o əlavə edib.

Vyaçeslav Zoloçevskinin özü bundan əvvəl təyyarənin dağıntıları yaxınlığında özünə gəldiyini və yaxınlıqda yanan kursantı söndürməyə çalışdığını söyləmişdi. Bir müddət sonra o, yenidən huşunu itirib.

Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).

Bir kursant xilas olub.


Paylaş:


Müəllif : Tarix:
28-09-2020, 09:16
  


loading...
Загрузка...