reklam
» » 6 məhkum həbsxanadan qaçdı - Dağıstanda

reklam

6 məhkum həbsxanadan qaçdı - Dağıstanda


Dağıstanda 6 məhkum cəzaçəkmə müəssisəsindən qaçıb.

Bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar.

Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləridir.

Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzunmüddətə azadlıqdan məhrum ediliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkumların axtarışları davam edir.


Paylaş:


Müəllif : Tarix:
23-09-2020, 10:50
  


loading...
Загрузка...