reklam
» » Navalnı Rusiyaya qayıtmaq niyyətindədir

reklam

Navalnı Rusiyaya qayıtmaq niyyətindədir


Rusiyanın müxalifət lideri Aleksey Navalnı Almaniyada həmişəlik qalmaq niyyətində deyil və əvvəlki fəaliyyətini davam etdirmək üçün Rusiyaya qayıtmağı planlaşdırır. Bu barədə bazar ertəsi ABŞ-ın “The New York Times” qəzeti anonimliyinin saxlanılmasını istəyən AFR-in təhlükəsizlik orqanlarının yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər verib.
“O, Almaniyaya mühacirət etməyi planlaşdırmır”, - qəzet mənbənin sözlərini sitat gətirir. “O, Rusiyaya qayıtmaq istəyir, öz missiyasını davam etdirmək istəyir”, - mənbə əlavə edib.
Mənbə qeyd edib ki, Navalnı prokurorla söhbətində Almaniyaya hadisənin birgə araşdırılmasını təklif edən Rusiya ilə əməkdaşlıqdan imtina etdiyini bildirib.
Qeyd edək ki, Navalnını vəziyyəti avqustun 20-də Tomskdan Moskvaya uçan zaman pisləşib. O, Omskda təcili xəstəxanaya yerləşdirilib və iki gün sonra xüsusi reyslə müalicə olunmaq üçün Berlinə yola salınıb. Hazırda o, “Charite” klinikasında müalicə olunur.


Paylaş:


Müəllif : Tarix:
15-09-2020, 08:17
  


loading...
Загрузка...