reklam
» » Lukaşenko: “Sağam və ölkədən qaçmamışam”

reklam

Lukaşenko: “Sağam və ölkədən qaçmamışam”


“Mən hələ də yaşayıram və xaricə getməmişəm”.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko inşaat sənayesinin işi ilə əlaqədar keçirdiyi iclasda onun ölkədən qaçması ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən deyib.

O, tədbirin əvvəlində, 6-cı gündür onun istefası tələbiylə etiraz aksiyaları və tətillərin yaşandığı ölkədəki mövcud vəziyyətlə bağlı fikirlərini açıqlayıb:

“Bəzi “ağıllılar” prezidentin ölkəni tərk etdiyi və xaricdə olduğu mövzusunu təbliğ edir”.

O, həmçinin ölkədə tətillərin davam edəcəyi təqdirdə bunun müəssisələrin gələcək işlərinə çox mənfi təsir göstərə biləcəyini də bildirib.

“Belta” Lukaşenkodan sitat gətirib: “Əgər indi dayansaq, bir də istehsalımızı davam etdirə bilməyəcəyik”.


Paylaş:


Müəllif : Tarix:
14-08-2020, 14:26
  


loading...
Загрузка...