reklam
» » Hindistanda COVID-19 xəstələrinin olduğu hoteldə yanğın - 7 ölü, 15-dən çox yaralı + Video

reklam

Hindistanda COVID-19 xəstələrinin olduğu hoteldə yanğın - 7 ölü, 15-dən çox yaralı + Video


Hindistanda koronavirus xəstələrinin karantində qalması və müalicə olunması məqsədilə istifadə olunan “Svarna palas” hotelində baş vermiş yanğın nəticəsində azı 7 nəfər dünyasını dəyişib, 15-dən çox insan yaralanıb. Bu barədə “NDTV” telekanalı xəbər verib.

Yanğın Andxra-Pradeş ştatının Vidjayvade şəhərində baş verib.

"Hadisə nəticəsində yeddi nəfər həlak olub, 15-20 nəfər xəsarət alıb. Onları təcili xəstəxanaya aparıblar. Onlardan ikisi-üçü kritik vəziyyətdədir”, - telekanal yerli polisin sözlərini sitat gətirir.
“NDTV” bildirir ki, yanğın pasiyentlər arasında çaxnaşmaya səbəb olub, onlardan bir neçəsi həyatını xilas etmək üçün özünü binadan atıb. Ümumilikdə müəssisədə 22 pasiyent müalicə olunurdu.

İlkin məlumata görə, yanğının baş verməsinə qısaqapanma səbəb olub.



Paylaş:


Müəllif : Tarix:
9-08-2020, 12:13
  


loading...
Загрузка...