reklam
» » İran vurulan “Boeing”ə görə Ukraynaya təzminat ödəyəcək

reklam

İran vurulan “Boeing”ə görə Ukraynaya təzminat ödəyəcək


İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Tehran Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Ukraynaya təzminat ödənilməsinə razılıq verib. Bu barədə “IRNA” agentliyi xəbər verib.

“İran təyyarəyə görə təzminat ödəməyə razılıq verib, lakin bu məsələnin reallaşması vaxt aparacaq və texniki və hüquqi baxımdan müxtəlif aspektlərə malikdir”, - XİN-də bəyan ediblər.

Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsi yanvarın 8-də Tehran aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər vəfat etmişdi.


Paylaş:


Müəllif : Tarix:
31-07-2020, 07:44
  


loading...
Загрузка...