reklam
» » Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı - FOTO

reklam

Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı - FOTO


ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib.

Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb.

"Düşünürəm ki, bu - maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa qarşı olmamışam. Amma hər şeyin öz vaxtı və yeri var", - Tramp jurnalistlərə deyib.

ABŞ rəhbəri bundan əvvəl ictimai tədbirlərdə maskadan istifadə etməyib.

Daha əvvəl Tramp bildirib ki, o, qoruyucu maskadan istifadəyə qarşı çıxmır və Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən hərbi tibb mərkəzinə səfəri zamanı tibbi maskadan istifadə etmək niyyətindədir.


Paylaş:


Müəllif : Tarix:
12-07-2020, 09:58
  


loading...
Загрузка...