reklam
» » AYİB prezidenti vəzifəsini tərk edir

reklam

AYİB prezidenti vəzifəsini tərk edir


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti iki tam dördillik müddətini bitirdikdən sonra bu gün bankı tərk edir.

Bu barədə AYİB-in rəsmi açıqlamasında deyilir.

İyulun 3-dən etibarən AYİB-in birinci vitse-prezidenti, 2018-ci ildə bank əməliyyatlarına rəhbərlik etmək üçün quruma qatılan Yurgen Riqterink AYİB-in müvəqqəti prezidenti vəzifəsini icra edəcək. O, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin mayın 13-14-dən oktyabrın 7-8-dək təxirə salınan bankın illik toplantısında yeni rəhbər kimi seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Suma Çakrabarti 2012-ci və 2016-cı illərdə AYİB tarixində ilk dəfə olaraq ard-arda iki seçkidə qalib olub. Onun mandatı dövründə AYİB-in keçid prosesinə və bölgələrinə investisiya qoyuluşu rekord səviyyədə artıb və bankın maliyyə dayanıqlığı güclənib.


Paylaş:


Müəllif : Tarix:
2-07-2020, 18:29
  


loading...
Загрузка...