reklam
» » Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

reklam

Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır


Rusiya, Türkiyə şirkətlərinin "S-400 Triumph" hava hücumundan müdafiə sistemlərinin istehsalı prosesində iştirakını müzakirə etməyə hazırdır.

Bunu Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSVTS) rəhbəri Dmitri Şuqayev açıqlayıb.

"Gələcəkdə texnoloji əməkdaşlığın, yəni Türkiyə şirkətlərinin istehsal prosesində iştirakının mümkünlüyünü araşdırmağa hazırıq", Şuqayev "Ekotürk" telekanalının efirində açıqlayıb.

Onun sözlərinə görə, artıq bu mövzuda danışıqlar aparılır, lakin "bu müəyyən bir vaxt tələb edən zəhmətli bir prosesdir".

"Açıq-aydın görünür ki, bu əməkdaşlıq formatı qarşılıqlı fəaliyyətin yeni mərhələsini - daha mürəkkəb, güvənli bir mərhələni nəzərdə tutur", Şuqayev bildirib.


Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 17:20
  


loading...
Загрузка...