reklam
» » Ukraynada kişi 7 nəfəri güllələyərək öldürdü

reklam

Ukraynada kişi 7 nəfəri güllələyərək öldürdü


Ukraynada kişi şəxsi münaqişə zəminində 7 nəfəri güllələyərək öldürüb.

Regionxeberleri.com xəbər verir ki, bunu “Facebook”da ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko bildirib.

Hadisə Ukraynanın Jitomir vilayətində baş verib. Öldürülən şəxslər göl sahilində istirahət edirmiş.

A.Geraşenkonun sözlərinə görə, kişi ov tüfəngi ilə öncə 2, daha sonra isə yatmış vəziyyətdə olan 6 nəfəri güllələyib. Həmin şəxslərdən 7 nəfər ölüb. Yalnız bir nəfər güllə səslərini eşidərək meşəyə qaçıb və sağ qalıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun kimliyi açıqlanmayıb. O, məhkəmə-psixiatrik ekspertizaya göndəriləcək.

“Düşünürəm ki, məhkəmə 7 nəfəri həyatından edən insana ömürlük həbsdən başqa qərar verməyəcək”, - nazir müavini əlavə edib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
22-05-2020, 10:44
  


loading...
Загрузка...