reklam
» » Yoluxma sayı 2 milyona çatır

reklam

Yoluxma sayı 2 milyona çatır


Dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Bəzi ölkələrdə yoluxma halı azalsa da, ümumilikdə həmin ölkələr belə koronavirus üzərində qələbəni elan etməyiblər. Hələ ki, bu virusa qarşı vaksin də tapılmayıb...

Əvvəlcə xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərin aşkar edilən COVİD-19 qısa müddətdə bütün dünyaya yayıldı.

Bu virusdan ilk ölüm xəbərlərinin gəldiyi Çindəbir neçə gün idi ki, yoluxma 30-40 nəfər təşkil edirdi. Bu gün isə Çində yoluxanların sayında bir qədər artım var. Belə ki, son saatlarda bu ölkədə 108 nəfər yoluxub, 2 nəfər isə ölüb.

Bununla belə Çin dünyada koronavirusa yoluxanların sayına görə siyahı üzrə 7-ci yerdədir.

Hazırda koronavirusdan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb. Belə ki, bu ölkədə son saatlarda 19 min 126 nəfər koronavirusa yoluxub, 1147 nəfər isə ölüb. Ümumilikdə ABŞ-da 579 min 426 nəfər koronavirusa yoluxan, 23 min 252 nəfər isə bu virusdan ölən var. ABŞ-da günlük göstərici ötən günlərlə müqayisədə aşağıdır. İndiki zamana qədər bu ölkədə koronaviruslu xəstələri təyin etmək üçün 2 milyon 912 min 673 test keçirilib. Göstərici bütün dünya üzrə ən yüksəkdir. Dünyada bir neçə ölkəni çıxmaq şərtilə (Almaniya, Rusiya, İtaliya) 1 milyondan çox test edən ölkə yoxdur.

Çin və bir neçə ölkə indiyə qədər keçirdiyi testlərin sayını açıqlamır. Bu baxımdan xüsusilə də ABŞ-da belə bir fikirlər səsləndirilir ki, Çin ölüm və yoluxma sayını gizlədir...

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 911 min 980 nəfər, ölənlərin ümumi sayı isə 118 min 683 nəfərdir.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir.

Son saatlarda İspaniyada 2 min 665 nəfər yoluxub, 280 nəfər ölüb. Ümumilikdə İspaniyada 169 min 496 nəfər koronavirusa yoluxub, 17 min 489 nəfər isə ölüb.

İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 3 min 153, ölənlər 566 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 159 min 516 nəfər, ölənlərin ümumi sayı isə 20 min 465 nəfərdir.

Fransada son saatlarda 4 min 188 nəfər yoluxub, 574 nəfər isə ölüb. Ümumilikdə Fransada 136 min 779 nəfər koronavirusa yoluxub, 14 min 967 nəfər ölüb.

Almaniyada son saatlarda 354 nəfər yoluxub, 21 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə də 128 min208 nəfər yoluxma, 3 min4 3 nəfər isə ölən var.

İngiltərədə vəziyyət kritik olaraq qalır. Belə ki, bu gün İngiltərədə 4 min 342 nəfər koronavurusa yoluxub, 717 nəfər bu virusdan ölüb. Ümumilikdə ölkədə 88 min 621 nəfər koronavurusa yoluxan, 11 min 329 nəfər isə bu virusdan dünyasını dəyişən var.

Dünyada hazırda 1 milyon 352 min 65 nəfər koronavirus xəstəsi var. Onlardan 51 min 720 nəfərinin vəziyyəti ağırdır. Bu zamana qədər dünyada koronavirusdan 441 min 232 nəfər sağalıb. /Musavat.com


Paylaş:


Müəllif : Tarix:
14-04-2020, 08:40
  


loading...
Загрузка...