reklam
» » Trampın açıqlaması ABŞ-ı qarışdırdı

reklam

Trampın açıqlaması ABŞ-ı qarışdırdı


Koronavirusdan ən çox əziyyət çəkən ölkələrin siyahısında yer alan ABŞ-da karantin elan olunmayacaq.

Bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çııxş edib. Dövlət başçısı ölkəsində fövqəladə vəziyyət elan edilməyəcəyini, hətta karantinə belə lüzum olmadığını bildirib. Prezident pandemiyanın daha sürətlə yayıldığı Nyu York sakinlərinə “səyahət etməyin” deməklə kifayətlənib.

ABŞ prezidentinin bu açıqlaması okeanın o tayında birmənalı qarşılanmayıb. Müxalifləri və çoxlu sayda hüquq-müdafiə təşkilatı Trampı ölkə vətəndaşlarının taleyinə biganə qalmaqda suçlayıb.

Qeyd edək ki, ABŞ-da 123 min insan koronavirus infeksiyasına yoluxub. Bu günə kimi koronavirusdan ölənlərin sayı 2 227 nəfərdir.


Paylaş:


Müəllif : Tarix:
29-03-2020, 11:38
  


loading...
Загрузка...