reklam
» » Kərimovun qızından azadlığı üçün ŞOK təklif

reklam

Kərimovun qızından azadlığı üçün ŞOK təklif


Özbəkistanın birinci prezidenti İslam Kərimovun həbsxanada olan qızı indiki dövlət başçısı Şavkat Mirzievə azadlığa buraxılması üçün yarım milyard dollar təklif edib.

Regionxeberleri.com Lenta.ru-ya istinadla bildirir ki, Gülnarə Kərimova həmin vəsaiti dövlətin mənafeyi üçün yönləndirməyə hazırdır. Onun prezidentə açıq müraciəti qızı İmanın İnstagram səhifəsində yayılıb.

Kərimova yazır ki, həbsxanada olduğu illərdə onun “çoxlu düşünmək və çox şeyi dərk etmək” üçün vaxtı olub. Onun işi kobud pozuntularla aparılıb, lakin şikayətlərə şablon məzmunlu məktublar alıb.

Keçmiş prezidentin qızının 1,2 milyard dollar dəyərində əmlakı müsadirə edilib, lakin maddi ziyana görə kompensasiya sayılmayıb.

Kərimova ailəsinin və sağlamlığının qorunması naminə ailəsinin İsveçrədə dondurulan pulu ilə bağlı iddialarından imtina etmək və 686 milyon dolları işin bağlanması şərtilə dövlət üçün verməyə hazırdır. O, iddia edir ki, ciddi cərrahiyyə əməliyyatına ehtiyacı da var.

Kərimova rəsmi məktubunun Mirzievə çatmadığı üçün açıq şəkildə müraciət etmək qərarına gəlib. O, əmindir ki, məktubuna cavab veriləcək,

Kərimova 2015-ci ildə mənimsəmə ittihamına və vergidən yayınmağa görə mühakimə olunub. 2019-cu ilin avqust ayında dövlət vəsaitlərinin mənimsənilməsi və ölkənin maraqlarına zidd əməliyyatlarla əlaqədar cinayət işləri açılıb.



Paylaş:


Müəllif : Tarix:
26-02-2020, 13:19
  


loading...
Загрузка...