reklam
» » Ankarada 1 saatda 3 dəfə zəlzələ olub

reklam

Ankarada 1 saatda 3 dəfə zəlzələ olub


Türkiyənin paytaxtı Ankarada ard-arda üç zəlzələ olub.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlar saat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.

Ankara valisi bildirib ki, zəlzələ nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.


Paylaş:


Müəllif : Tarix:
23-01-2020, 09:27
  


loading...
Загрузка...