reklam
» » Rusiyada qatar avtomobillə toqquşdu: ölənlər var

reklam

Rusiyada qatar avtomobillə toqquşdu: ölənlər var


Moskvada sərnişin qatarı ilə “KİA” markalı avtomobil toqquşub.

Regionxeberleri.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə hadisə bu gün səhər saatlarında baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayət üzrə Baş qərargahının yaydığı məlumatda bildirilib ki, hadisə bu gün saat 04.45-də Moskva-Ryazan dəmir yolunun 67-ci kilometri ilə “MMK-Çeçevilovo” avtomobil yolunun 10-cu kilometrinin kəsişməsində - dəmir yolu keçid xəttində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində “KİA”nın sürücüsü və avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib.


Paylaş:


Müəllif : Tarix:
20-01-2020, 09:44
  


loading...
Загрузка...