reklam
» » Ailə FACİƏSİ: oğlunu öldürən ana... - FOTO

reklam

Ailə FACİƏSİ: oğlunu öldürən ana... - FOTO

Psixoloji problemləri olan ana öz oğlunu bıçaqla öldürüb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında Toqat şəhərində baş verib. Mühəndis işləyən Mustafa Uzun işdən evə gələndə qapını heç kimin açmadığına görə çilingər çağırıb. Çilingər qapını açanda isə ata həyat yoldaşı Tuğba Uzunu mətbəxdə qaz borusundan asılı vəziyyətdə, 4-cü sinif şagirdi olan 10 yaşlı oğlu Kayranın isə yataq otağında hərəkətsiz qaldığını görüb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Aparılan ilkin araşdırmalar nəticəsində, ruhi xəstəliklə əlaqədar müalicə alan ana Tuğba Uzunun oğlunu çörək bıçağı ilə öldürdükdən sonra intihar etdiyi məlum olub.

Hadisədən səhhəti pisləşən Mustafa Uzun xəstəxanaya yerləşdirilib.



Paylaş:


Müəllif : Tarix:
18-01-2020, 16:12
  


loading...
Загрузка...