reklam
Regionxeberleri.com » Cəmiyyət » Dələduzluğun qurbanı olmuş Göyçay sakinləri hüquq mühafizə orqanlarından kömək istəyir

reklam

Dələduzluğun qurbanı olmuş Göyçay sakinləri hüquq mühafizə orqanlarından kömək istəyir
















"Bildirmək istəyirəm ki, Sabirabad rayon sakini Mollayev Mehman Rasim oğlu müxtəlif vaxtlarda mənim vasitəçiliyimlə bir neçə şəxsdən pullar mənimsəmişdir. Belə ki, o həmin şəxslərə hüquqi yardım göstərmək və problemlərini həll etmək adı ilə pul tələb etmişdir. Məsələn mərhum həyat yoldaşımın bibisi qızının övladının sənədlərinin hazırlanaraq Rusiyadan Azərbaycana gətirilməsi məqsədilə məndən 700 manat almış, lakin heç bir kömək göstərməmişdir. Həmçinin mənim tanışım Göyçay rayonu Xəlitli kənd  sakini İsmayılova Sədaqət Həmid qızından onun kürəkəninin dayandırılmış sosial müavinətinin bərpa olunması üçün 700 manat pul almışdır. Bundan əlavə həyat yoldaşından boşanan Göyçay şəhər sakini Əsədova Elnurə Vidadi qızının ər evinə aparmış olduğu bütün cehizlərinin qadının özünə geri qaytarılmasına görə 1000  manat pul almışdır. Eyni zamanda bibim oğlu Əliyev Eldəniz Camaləddin oğlunun vəfat etmiş həyat yoldaşının pensiyasının Eldənizin öz adına keçməsinə kömək edəcəyinə vəd vermiş və buna görə 500  manat pul almışdır. Övladım İbrahimov Sadiq Bayram oğlunun anadangəlmə tək börəyi olmuş, lakin həqiqi hərbi xidmətə gedərkən düzgün yoxlanılmadığı üçün xidmətə yararlı hesab edilmiş və düşmənlə sərhəd bölgədə xidmət apararkən ağır xəstəliyə yoluxmuşdur. Mən isə bu yalnışlığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təzminat tələb etmək məqsədilə çoxsaylı şikayətlər ünvanlayırdım. Mollayev Mehman Rasim oğlu isə guya mənə bu işdə yardım edə biləcəyini və buna görə 2000 (iki min) manat pul gərəkdiyini bildirərək istədiyi həmin məbləği ona vermişdim. Lakin mənə də köməklik göstərmədi. Yuxarıda adlarını qeyd etdiyim insanlardan pulu alaraq Mollayev Mehman Rasim oğluna verdiyim zaman tamamilə təmənnasız etmişəm, özüm üçün heç bir maddi məqsəd güdməmişəm. O, isə həm məni, həm də həmin insanları aldadaraq həmin pulları mənimsəmişdir. Bu əməl isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci  maddəsinə əsas verir. 

Mən dəfələrlə ona şikayət edəcəyim barədə xəbərdarlıq etmişəm. Lakin o, " get hara şikayət edirsən et, kimə deyirsən de, mənim heçkimdən qorxum yoxdur" deyir. Artıq sanki cəzasızlıqdan arxayınlaşaraq azğınlaşmışdır. 

Sizdən çox xahiş edirəm, dələduzluq yolu ilə Mollayev Mehman Rasim oğlunun aldığı həmin pulların sahiblərinə qaytarılması və onun cəzalandırılması üçün köməklik göstərəsiniz. "

 Göyçay rayon Heydər Əliyev prosipekti 209 ünvanında yaşayan Rəhimova Validə Mahmud qızı 



 





Paylaş:


Müəllif : Tarix:
14-05-2022, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər