reklam
Regionxeberleri.com » Cəmiyyət » Nazirliyin qaziyə verdiyi avadanlıqlar mənimsənilib?

reklam

Nazirliyin qaziyə verdiyi avadanlıqlar mənimsənilib?

















Vətən müharibəsi iştirakçısı Ceyhun Fərəcli tanışı tərəfindən aldadıldığını iddia edir. O bildirir ki, mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi proqramı çərçivəsində ona avtoyuma avadanlıqları verilib. O, tanışı ilə birlikdə avtoyuma məntəqəsi açmaq qərarına gəlib. Ona görə də həmin avadanlıqları tanışı aparıb və o vaxtan sonra onunla əlaqə kəsilib.

Binəqədi rayonunda yaşayan Ceyhun Fərəcli deyir ki, həmin şəxslə məclislərin birində tanış olub. Ona Qaradağ rayonunda yaşadığını, avtoyuma məntəqəsini də elə Qaradağda açacağını deyib. Ceyhun Fərəclinin sözlərinə görə, rayon polisi də məsələdən məlumatlıdır.

Zərərçəkmiş indi polisin bu məsələni araşdırmasını, həmin şəxsdən avadanlıqlarının alınmasını istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, hazırda fakt Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində araşdırılır. Araşdırmanın nəticəsi ilə bağlı vətəndaşa məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
13-05-2022, 08:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər