reklam
Regionxeberleri.com » Cəmiyyət » “Gənc” və “yeni” adlandırılan kadrların arasında da rüşvətxorlar az deyil” - FAKT BUDUR!

reklam

“Gənc” və “yeni” adlandırılan kadrların arasında da rüşvətxorlar az deyil” - FAKT BUDUR!














“Prezidentin bu çağırışını nəzərə almayan məmurlar öz yollarını həbsxanadan salmalı olacaqlar”. Bu fikirləri prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində qanunazidd əməllər törədən məmurları könüllü istefaya səsləməsini dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu çağırışı nəzərə almayan məmurlar öz aqibətlərini müəyyənləşdirmiş olacaqlar:

“Çox təəssüf ki, bu gün Azərbaycanda davam edən islahatlar və yenilənmə fonunda hələ də bu cür məmurlara rast gəlinir. Düşünürəm ki, o tip məmurlar öz yollarını həbsxanadan salmalı olacaqlar.

Xatırladım ki, prezident əvvəllər də analoji çağırışlar edib. Ancaq nəzərdə tutduğumuz məmurlar öz vəzifələrində qalaraq səlahiyyətlərindən sui-istifadə ediblər və edirlər. Onlar yəqin bu çağırışın da onlara təsirinin olmayacağını fikirləşərək, öz işlərinə davam edəcəklər. Bu isə onlardan bir qisminin yaxın vaxtlarda yollarının həbsxanadan düşəcəyini söyləməyə əsas verir .

İkincisi, çox təəssüf “yeni” və “gənc” adlandırılan, islahatlar dalğasında vəzifəyə gətirilmiş, prezidentin etimad göstərdiyi kadrlar – xüsusilə, rayon icra başçıları – arasında da belələri az deyil. Onların rüşvətxorluq və qohumbazlıqla məşğul olanları da var.

Fikrimcə, prezidentin çağırışından ilk növbədə məhz bu kadrlar nəticə çıxarmalı və vəzifələrindən könüllü şəkildə getməlidirlər. Əks halda, o məmurların üzündən ictimai rəydə bütövlükdə hakimiyyət barəsində mənfi rəylər yaranacaq. Nəticədə prezident dövlətin nüfuzunu qorumaq üçün onları həbsxanaya göndərməli olacaq”.




Paylaş:


Müəllif : Tarix:
14-01-2022, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər