reklam
Regionxeberleri.com » Cəmiyyət » Saakaşvili azərbaycanlılara müraciət etdi

reklam

Saakaşvili azərbaycanlılara müraciət etdi







Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili azərbaycanlılara müraciət məktubu göndərib.

Məktubu Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov paylaşıb.

“Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.

Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Sizi çox sevirəm, sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.

Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, harada ki, hər kəs qorunacaq, çiçəklənəcək və heç kəs sizə haqsızlıq edə bilməyəcək.

Sevgi və sayğılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixail Saakaşvili”, - məktubda deyil”, - məktubda deyilir






Paylaş:


Müəllif : Tarix:
5-12-2021, 09:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər