reklam
Regionxeberleri.com » Cəmiyyət » Xəzərdə insan qalıqları tapıldı

reklam

Xəzərdə insan qalıqları tapıldı









Xəzər dənizində insan qalıqları aşkarlanıb.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, qalıqlar bir həftə əvvəl aşkarlanaraq sudan çıxarılıb:

“Onun kimliyi hələlik bəlli deyil. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi üçün qalıqlar ekspertizaya təqdim olub. Araşdırma aparılır”.

İ.Əhmədov vurğulayıb ki, bu, dekabrın 1-i itkin düşən SOCAR əməkdaşı deyil.

Xatırladaq ki, SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. M. Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.




Paylaş:


Müəllif : Tarix:
3-12-2021, 18:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər