reklam
Regionxeberleri.com » Cəmiyyət » Şoyqu: “ABŞ Rusiyaya qarşı nüvə silahından istifadəni məşq edir”

reklam

Şoyqu: “ABŞ Rusiyaya qarşı nüvə silahından istifadəni məşq edir”








“Rusiya hərbçiləri dövlət sərhədinin bilavasitə yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardımançı aviasiyasının aktivliyində əhəmiyyətli artım qeydə alıb”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlar zamanı deyib.

Şoyqu son bir ayda Rusiya Federasiyasının sərhədlərinə 30-a yaxın reys həyata keçirildiyini, bunun da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox olduğunu bildirib:

“Bu ay ABŞ strateji qüvvələrinin “Global Thunder” təlimi zamanı 10 strateji bombardmançı qərb və şərq istiqamətlərindən demək olar ki, eyni vaxtda Rusiyaya qarşı nüvə silahından istifadə variantını məşq edib”.

O  bildirib ki, ABŞ hərbçiləri ilə dövlət sərhəddi arasında məsafə 20 km olub.




Paylaş:


Müəllif : Tarix:
24-11-2021, 15:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər