reklam
» » Saakaşvilinin vəziyyəti pisləşdi

reklam

Saakaşvilinin vəziyyəti pisləşdi


Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti getdikcə pisləşir.
Bu barədə oktyabrın 12-də siyasətçinin vəkili Bek Basilai məlumat verib. "Mixail Saakaşvilinin aclıq aksiyası olduqca çətin bir mərhələdədir. Hərəkət etməklə bağlı problemləri var, ayaqları şişib. Buna baxmayaraq, Saakaşvili güclüdür. Lakin aclıq onun səhhətinin daha da pisləşməsinə gətirib çıxaracaq", - deyə o bildirib.
Xatırladaq ki, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili bələdiyyə seçkiləri ərəfəsində ölkəyə qayıtmışdı. Daha sonra, oktyabrın 1-də o, Tbilisidə bir mənzildə saxlanılmışdı.


Paylaş:


Müəllif : Tarix:
12-10-2021, 17:30
  


loading...
Загрузка...