reklam
» » Əli Kərimlinin mühafizəçisinə 15 il cəza istənildi

reklam

Əli Kərimlinin mühafizəçisinə 15 il cəza istənildi


Bakı Ağır Cinayətlər Məhkəməsində terroru maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış edərək N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Proses sentyabrın 29-da davam edəcək.
Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.


Paylaş:


Müəllif : Tarix:
22-09-2021, 16:57
  


loading...
Загрузка...