reklam
» » Sabahdan məktəblər BU QAYDALARLA fəaliyyətə başlayır

reklam

Sabahdan məktəblər BU QAYDALARLA fəaliyyətə başlayır



Sabahdan etibarən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayacaq.

Təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

2021-2022-ci tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Əlavə edək ki, V-XI siniflər və ali məktəblərdə dərslər 29 sentyabrdan etibarən başlayacaq.


Paylaş:


Müəllif : Tarix:
21-09-2021, 11:58
  


loading...
Загрузка...