reklam
» » Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT

reklam

Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

 


Paylaş:


Müəllif : Tarix:
16-09-2021, 16:32
  


loading...
Загрузка...