reklam
» » Səyavuş Aslanın oğlu niyə küçədə yatır? - Nazirlikdən açıqlama

reklam

Səyavuş Aslanın oğlu niyə küçədə yatır? - Nazirlikdən açıqlama


“Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayıb.

O bildirib ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub:

“Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.

Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq agentliyin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq”.






Paylaş:


Müəllif : Tarix:
16-09-2021, 16:17
  


loading...
Загрузка...