reklam
» » Vətəndaş məcburi vaksinasiya ilə bağlı məhkəməyə müraciət etsə, prosesi udmaq imkanı var? - AKTUAL

reklam

Vətəndaş məcburi vaksinasiya ilə bağlı məhkəməyə müraciət etsə, prosesi udmaq imkanı var? - AKTUAL


“Bütün hallarda qanunlar vətəndaşlardan yanadır. Ona görə də nəzəri cəhətdən demək olar ki, vətəndaşlar bu prosesləri uda bilərlər”.

Bu sözləri hüquqşunas Ellada Bayramova vaksinasiyanın könüllü deyilib, amma vətəndaşları məcbur edilməsi hallarının qanuni tərəfini PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, vaksinasiyanı könüllü olduğu iddia olunsa da, ölkə miqyasında istər dövlət, istərsə də özəl sahədə bütün işverənlər öz çalışanlarını məcburi qaydada vaksinasiya olunmasını tələb edir və vaksinasiya olunmayanları işdən azad edəcəkləri ilə təhdid edirlər. Redaksiyamıza bununla bağlı şikayətlər daxil olur. Onlar bildirirlər ki, hətta ağır allergik göstəriciləri olsa belə onları vaksin vurdurmağa məcbur edirlər.

Vətəndaş üzləşdiyi bu qanunsuzluqla bağlı məhkəməyə müraciət edərsə, qanunlar onu nə qədər müdafiə edir və vətəndaşların bu məhkəmə proseslərini udmaq imkanlarını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşünas Ellada Bayramova ilə müzakirə edib.

Məcburi vaksinasiya ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirən hüquqşünas PİA.az-a açıqlamasında qeyd edib ki, vaksini könüllü deyib məcbur etdikləri kimi, qanunların da vətəndaşın tərəfindən olması sual altındadır:

“Normalda vaksinasiyanı könüllü olduğu halda, işverənlərin çalışanlarını məcburi qaydada vaksinasiya olunmasını tələb etməsi vətəndaşın kazisiona hüquqlarının pozulmasıdır. Əgər vaksinasiya könüllüdürsə, vətəndaş istəsə vaksin olacaq, istəməsə də olmayacaq. Vətəndaşa vaksinasiya ilə bağlı dolayı yolla məcburiyyət şəraiti yaradılırsa, bu birbaşa insanın hüquq və haqlarının pozulmasıdır.

Məcburi vaksinasiya ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Amma vaksini könüllü deyib məcbur etdikləri kimi, qanunların da vətəndaşın tərəfindən olması sual altındadır və məhkəmələrin bu işlərlə bağlı hansı qərar verəcəkləri mənim üçün də maraqlıdır.

Təbii ki, bunun üçün vətəndaş məhkəməyə müraciət etməlidir. Lakin bu günə qədər hər nə qədər şikayətlər olsa da, vətəndaşların məhkəməyə müraciət etmələri haqda məlumat yoxdur. Buna görə də vətəndaşın bu məhkəmə proseslərinin udmaq ehtimalı barədə heç bir şey demək mümkün deyil. Lakin bütün hallarda qanunlar vətəndaşlardan yanadır. Ona görə də nəzəri cəhətdən demək olar ki, vətəndaşlar bu prosesləri uda bilərlər”.


Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 11:56
  


loading...
Загрузка...