reklam
» » “WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

reklam

“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək



Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti olan “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

Xarici mətbuatda yayılan məlumata görə, yeni funksiya hələlik işlənmə mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçün əlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.//modern.az


Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 10:35
  


loading...
Загрузка...