reklam
» » "Nüvədi harayı: pozulmuş hüquqların bərpası" adlı beynəlxalq konfrans keçiriləcək

reklam

"Nüvədi harayı: pozulmuş hüquqların bərpası" adlı beynəlxalq konfrans keçiriləcək


Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin 30 illik (1991-2021) deportasiyasına həsr edilən “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Beynəlxalq elmi-praktik konfransın təşkilatçısı - Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin dekanı, beynəlxalq hüquq üzrə professor Əmir Əliyev açıqlamasında bildirib ki, konfrans “Zoom” proqramı üzərindən onlayn formatda keçiriləcək və dünyanın bir-çox ölkəsindən tanınmış hüquqçular iştirak edəcək.
Bildirilib ki, konfrans 7 avqust saat 11:00-da başlayacaq. Konfransın “Facebook” və “Youtube” üzərindən yayımlanacağı qeyd edilib.
Qeyd edək ki, soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən biri 1991-ci il avqust ayının 7-dən 8-nə keçən gecə baş verib. Bu tarixdə indiki Ermənistan ərazisində yaşayan sonuncu azərbaycanlıların deportasiyası həyata keçirilib. Ermənistanın Mehri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində - Qərbi Zəngəzurda qalan sonuncu azərbaycanlı kəndinin - Nüvədi kəndinin sakinləri öz torpaqlarından zorla qovulublar.


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 11:21
  


loading...
Загрузка...