reklam
» » Rihanna milyarderlər sırasında

reklam

Rihanna milyarderlər sırasında


Məşhur müğənni Rihanna milyarderlər sırasına daxil edilib.
RegionXəbərləri.com “Forbes.ru”ya istinadən xəbər verir ki, “Forbes” jurnalının verdiyi məlumata görə, onun sərvəti 1.7 milyard dollara çatıb.
Müğəninin əsas gəlir mənbəyi “Fenty Beauty” kosmetika şirkətidir. Belə ki, onun gəlirlərinin 1.4 milyardı məhz bu şirkətin payına düşür. “Forbes USA”nın qiymətləndirməsinə görə kosmetika şirkətinin dəyəri 2.8 milyard dollardır.
Qeyd edək ki, Rihanna dünyanın ən varlı qadınları arasında teleaparıcı Opra Uinfridən geri qalır. Xanım teleaparıcının sərvətinin dəyəri 2.7 milyard dollar olaraq qiymətləndirilir.


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 10:57
  


loading...
Загрузка...