reklam
» » Azərbaycanda yeni yemiş sortları yaradıldı - FOTOLAR

reklam

Azərbaycanda yeni yemiş sortları yaradıldı - FOTOLAR

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən yemiş bitkisinin yeni yaradılmış, daha məhsuldar və yüksək dad keyfiyyətinə malik sort və hibridlərinin dequstasiyası prosesi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bostan bitkiləri üzrə həyata keçirilən seleksiya işlərinin nəticələri nümayiş olunub. Yeni perspektiv yemiş sortlarının dequstasiya prosesində qonaq qismində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra institutların nümayəndələri də iştirak ediblər.
Təqdim olunan sort nümunələri iştirakçılar tərəfindən bir neçə parametr üzrə qiymətləndirilib və müvafiq qeydlər aparılıb. İştirakçılar tərəfindən bəyənilmiş sort nümunələrinin qeydiyyata alınması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinə təqdim olunması məqsədəuyğun hesab edilib.











Paylaş:


Müəllif : Tarix:
4-08-2021, 13:52
  


loading...
Загрузка...